Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın komandası Rusiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" 5-ci turda "Saxalin" klubu ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş "Leninqradka" üçün uğurusz alınıb. 4 hissə davam edən matçda Liza və rəfiqələri 1:3 (12:25, 27:25, 26:28, 22:25) hesabı ilə uduzublar.

Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü də meydana çıxıb. Bir neçə gün əvvəl ayağından zədələnən voleybolçumuz ilk setdə bir neçə hücumda oynayıb və bir dəfə fərqlənib. Səmədova bu xalı hücumda qazanıb.