Səmədovanın komandası Rusiyada çempiona uduzdu
- 10 Fev 2020 10:59
- 914
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" 14-cü turda Moskva "Dinamo"su ilə qarşılaşıb.
Sankt-Peterburqda baş tutan görüş gərginliyi ilə yadda qalıb. Liza və rəfiqələri 5 hissə davam edən matçda 2:3 (25:21, 23:25, 25:12, 19:25, 10:15) hesabı ilə uduzublar.
Komandasının aktivinə bir xal yazdırdığı oyunda yığmamızın üzvü 7 dəfə fərqlənib. Səmədova xalların hamısını hücumda qazanıb.