
“Şəmkir” və “Şimal”dan darmadağın
- 16 Apr 2025 20:30
- 102
2-ci Liqada 21-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Füzuli” “Ağdaş”a çətinliklə qalib gəlib. “Araz Saatlı” “Şimal”a böyük hesabla uduzub, “Şəmkir” isə “Kür-Araz”ı 6 cavabsız qolla yenib.
2-ci Liqa
21-ci tur
16 aprel
“Füzuli” – “Ağdaş” 3:2
Qollar: Elgün Abbaslı, 60-pen; 78-pen. Əli Əliyev, 90+5 - Elçin Süleymanov, 42. Taleh Yusifli, 90+4.
“Araz Saatlı” – “Şimal” 1:4
Qollar: Elnur Səmədov, 28-pen - Pərviz Azadov, 4. Tofiq Nəsibov, 38. Valeh Əzizli, 40-öz qapısına. Ceyhun Kəlbəliyev, 44.
“Şəmkir” – “Kür-Araz” 6:0
Qollar: Vidadi Cəfərov, 12-pen; 33; 54; 90. Ceyhun Rəcəbli, 29. Ümid Nağdalıyev, 45+1.
Turun digər oyunları:
“Göygöl” – “Şahdağ Qusar” 0:2
“Hypers Quba” – “Şəfa” 1:5
“Şəki Siti” – “Qusar” 0:1
“Lerik” – “Dinamo” 1:2