Şəmkirdə “20 Yanvar şəhidlərinin xatirəsi”nə həsr olunmuş yüngül atletika tədbiri keçirilib
- 24 Yan 2024 11:14
- 270
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “20 Yanvar şəhidlərinin xatirəsi”nə həsr olunmuş atletika üzrə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan xalqı üçün faciə deyil, Dəmir yumruq sayəsində gələcək nəsillərə böyük fəxr hissi ilə danışacağımız qürur mənbəyimiz və tariximizdir.
Qeyd edək ki, tədbirdə 35 nəfər idmançı iştirak edib.