Şəmkir Olimpiya İdman Kompleksində boks üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov, Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin əməkdar məşqçi müəllimi Ramiz Yusibov, məşqçi müəllimlər İntiqam Mikayılov, Mübariz Sadıqov, Anar Əliyev və Emil Məmmədov iştirak ediblər.

Birincilikdə Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov və Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək, sağlam həyat tərzi və idman haqqında maarifəndirici söhbət aparıb, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açıblar. Sonda iştirakçılara uğurlar arzulayıblar.Qeyd edək ki, birincilikdə 36 nəfər idmançı iştirak edib. Yekunda qalib gələn idmançılara diplomlar təqdim olunub.