Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru və Şəmkir rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında voleybol üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayon Təhsil sektorunun metodisti Tural Novruzov və Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək rayonda voleybol idman növünün inkişafına və kütləviliyinə nail olmaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün belə tədbirlərin mütamadi keçirilnəsinin vacib olduğunu vurğulayıblar. Sonda iştirakçılara uğurlar arzu ediblər.

Turnirdə 48 idmançı olmaqla 8 komanda iştirak edib. Yarış oyunun dəvətnaməsinə uyğun olaraq aparılıb. Yekunda 1-ci yerə Dəllər qəsəbə kənd, 2-ci yerə Əliyaqublu kənd və 3-cü yerə Şəmkir şəhər M.Füzuli adına tam orta məktəbin komandası layiq görülüblər.