
Şəmkirdə yeni yaranan komanda AFFA-ya müraciət edəcək
- 2023-02-08 12:00
- 464
Şəmkirdə yeni yaranan "Qala" komandası növbəti mövsüm I Divizionda oynamaq istəyir.
Rekord.az xəbər verir ki, komanda rəhbərliyi bu məqsədlə AFFA-ya müraciət etmək istəyir.
Düzdür, yeni yaranan komanda minimum 3 il "Region Liqası"nda oynadıqdan sonra I Divizionda iştirala bağlı federasiyaya müraciət edə bilər. Bununla belə, "Qala" komandası AFFA-nın güzəşt edəcəyinə ümid edir.