
Şəmkirdə yunan-Roma güləşi üzrə rayon turniri keçirilib
- 26 Mar 2025 10:30
- 81
Şəmkir rayon İ.Məmmədov adına Qapanlı kənd tam orta məktəbində 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə açıq Şəmkir rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək uşaq və yeniyetmələrin idmana olan marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi və yunan-Roma güləşi idman növünün təbliği və inkişafı üçün bu cür tədbirlərin keçirilməsinin vacib oduğunu qeyd ediblər.
Turnirdə 51 idmançı iştirak edib. Yekunda qalib gələn idmançılara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.