
"Şəmkir"ə sponsor dəstəyi: qazonu onlar dəyişir
- 25 Mar 2025 12:00
- 217
"Şəmkir"ə yeni sponsorun gəlişi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, həmin şəxslər kimliklərini rəsmən açıqlamasalar da, komandaya müəyyən qədər dəstək verməyə başlayıblar.
Təsadüfi deyil ki, hazırda Şəmkirdəki stadionun qazonu məhz həmin şəxslərin ayırdığı maliyyə ilə dəyişdirilir. Meydançaya toxum da səpilib və may ayının əvvəlində yeni qazon hazır olacaq.