“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi". Lakin gözlənilməz qırmızı vərəqədən sonra qələbəni əldən verdik. Üzücü nəticədir. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Amma çalışacağıq ki, komandanı toparlayaq. Komandanın ilk hissədə sərgilədiyi oyundan razı qaldım. Tablodakı nəticə bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam. Çox istəkli idilər, döyüşürdülər”.