Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 16-cı turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Koventri” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Piterboro Yunayted” 16 turdan sonra 28 xalla 23 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.