Moldovanın “Şerif” klubu Ağabala Ramazanovun xidmətində hələ də maraqlıdır. Sadəcə maliyyə şərtləri müəyyən problemlər yaradır.

Rekord.az xəbər verir ki, “Səbail” Ağabalaya 100 min dollar transfer haqqı qoyub.

“Şerif” isə 50 min dollar ödəməyə hazır olduğunu bildirib. Maddi sıxıntı keçirən “Səbail” isə birdən-birə bu qədər endirim etmək niyyətində deyil.