Mahmudkənd stadionunda çağırışyaşlı və çağırışaqədərki gənclər “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin Şərur rayon mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, 20 komandadan 100 məktəbli iştirak etdiyi yarışda iştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınmada öz qüvvələrini sınayıblar.

Oğlanqala kənd tam orta məktəbin komandası qalib olmaqla final mərhələsində iştirak hüququ qazanıb. Mahmudkənd və Zeyvə kənd məktəbliləri müvafiq ardıcıllıqla ikinci, üçüncü yerlərə sahib çıxıblar.