Azərbaycan boksçusu Sərxan Əliyevin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, 71 kq çəki dərəcəsində qüvvəsini sınayacaq milli üzvü 1/16 finalda Stefen Nevnslə (Şotlandiya) qarşılaşacaq.

Boksçumuzun rəqibinin adı bu gün dəqiqləşib. 1/32 finalda Luis Da Silva (Braziliya) 3:2 hesabı ilə məğlub edən Şotlandiya təmsilçisi mərhələ adladığından Əliyev ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan boksçumuz Nevnslə oktyabrın 29-da döyüşəcək.