Argentina milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero avtomobil qəzasına düşüb.

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

31 yaşlı argentinalı futbolçunun hansı vəziyyətdə qəzaya uğradığı barədə ətraflı məlumat yoxdu. Amma o, sosial şəbəkə hesabında avtomobilinin əzilmiş fotosunu paylaşaraq bu sözləri qeyd edib: “Necə də gözəl səhərdi”.

Məlumata görə, qəza zamanı futbolçunun özünə heç nə olmayıb. O, heç həkim müayinəsinə də ehtiyac duymayıb. Amma futbolçunun “Range Rover” markalı avtomobilinə böyük ziyan dəyib.

Xatırladaq ki, Aquero ötən mövsüm də Amsterdamda avtomobil qəzası keçirmişdi.