Serxio Ramos ÇL-də yeni rekord müəyyənləşdirdi
- 23 Okt 2019 15:21
- 917
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya) matçında yeni rekord qeydə alınıb.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos İstanbuldakı qarşılaşmada 121-ci ÇL matçına çıxıb. İspaniyalı futbolçu bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçiyə çevrilib.
ÇL-də müdafiəçilər arasında ən çox oyun keçirən futbolçu Roberto Karlos idi – 120. Ramos məhz keçmiş komanda yoldaşının rekordunu yeniləyib.
Qeyd edək ki, Ramosun komandası “Qalatasaray”la oyunda 1:0 hesablı qələbəyə sevinib.