“Sevilya” Adnan Yanuzayı icarəyə göndərdi
- 25 İyl 2024 17:00
- 165
"Sevilya"nın hücumçusu Adnan Yanuzay karyerasını "Las Palmas"da davam etdirəcək.
Rekord.az La Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, klub 29 yaşlı belçikalı futbolçunu 1 mövsümlük icarəyə verib.
Belçikalı forvard 2017-ci ildən İspaniyada çıxış edir. O, əvvəllər “Real Sosyedad”, “Sanderlend” və “Borussiya"da (Dortmund) çıxış edib.
2023/24 mövsümündə Yanuzay bütün yarışlarda cəmi 11 matçda iştirak edib və 1 qol ötürməsi verib.