“Sevilya”dan Argentina klubuna
- 21 Avq 2024 13:30
- 133
İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Markos Akunya Argentina təmsilçisi "River Pleyt"ə keçib.
Rekord.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.
32 yaşlı futbolçu 2020-ci ildən Andalusiya komandasının formasını geyinir. O, "Sevilya"nın heyətində meydana çıxdığı 112 oyunda 6 qolun müəllifi olub.