“Sevilya”dan baş məşqçi ilə yeni müqavilə
- 25 Sen 2024 17:00
- 118
“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi Xavyer Qarsiya Pimenta ilə yeni müqavilə bağlayıb.
Rekord.az Əndəlus klubunun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Pimenta “Sevilya”ya ötən yaydan rəhbərlik edir. Onun komandası İspaniya çempionatının 7 turundan sonra 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Sevilya” növbəti oyununu səfərdə “Atletik”ə qarşı keçirəcək.