"Sevilya"nın kaitanı: "Qələbəmizlə fəxr edirik"
- 29 Noy 2019 16:43
- 714
"Motivasiya baxımından çətin oyun idi. Mərhələni təmin etdiyimizdən matça sonadək köklənmək ağır olur".
Rekord.az xəbər verir ki, bu sözləri "Sevilya"nın kapitanı Daniel Karrisu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Portuqaliyalı futbolçu “Qarabağ”ın müdafiəyə qapandığı üçün ilk hissədə hücumda çətinlik çəkdiklərini bildirib:"İkinci hissədə sürətli oynamağa başladıq. Buna görə iki qol vurduq. Üstün oynamaq asan deyildi. Fasilədən sonra daha ciddi təsir bağışladıq. Bu səbəbdən, qələbəmizlə fəxr edirik".
Müdafiəçi 5 oyunda cəmi 2 top buraxdıqlarını da xatırladıb: "Qrupda favorit olduğumuzu bilirdik. 4 görüşdə qapımızı toxunulmaz saxlamışıq. İddialıyıq və hədəfimiz bütün matçlarda 3 xal qazanmaqdır".