“Sevindirdiyiniz qədər sevin”
- 31 Okt 2019 18:21
- 929
Sosial layihələrə hər zaman xüsusi önəm verən “Neftçi” PFK daha bir layihəyə başlayıb.
Rekord.az xəbər verir ki, komanda dəstək xarakterli "Sevindirdiyiniz qədər sevin” layihəsinə start verib.
Layihə çərçivəsində baş məşqçisi Roberto Bordin və futbolçular – Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mbodj, Anton Krivotsyuk və Ömər Buludov Talassemiya Mərkəzində olublar. Komanda üzvləri talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, onlarla söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.