Rusiyanın “Dinamo” (Moskva) klubu milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək bu gün yoxlama matçı keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi paytaxt təmsilçisi Ermənistanın “Pünik” klubu ilə üz-üzə gəlib.

Moskva klubu bu görüşdə inamlı qələbə qazanıb – 2:0. Fasiləyə qolsuz bərabərliklə yollanan “Dinamo” 67 və 71-ci dəqiqələrdə fərqlənən Roman Noyştedterin dubluna sevinib.

Qeyd edək ki, Azərbaycan yığmasının düşərgəsində olan Ramil bu qarşılaşmanın iştirakçısı olmayıb.