“Shusha Chess”: Qaliblər bəlli oldu
- 24 Sen 2022 21:30
- 527
Bu gün Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, kişilərin yarışında 26 xal toplayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çempion olub.
Qadınların mübarizəsində isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub. Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstəriciyə Gülnar Məmmədova imza atıb. O, 19 xalla 4-cü olub.
Qeyd edək ki, "Shusha Chess 2022"nin mükafat fondu 150 min manat (88 200 ABŞ dolları) təşkil edib.
Turnir cədvəli: Şəhriyar Məmmədyarov - 26 xal, Parham Maqsudlu - 24,5 Vidit Santoş Qucrati - 23,5, Teymur Rəcəbov - 20,5, Vasif Durarbəyli - 19, Vanq Hao - 16,5, Rüstəm Qasımcanov - 16,5, Rauf Məmmədov - 15, Mustafa Yılmaz - 12, Qədir Hüseynov – 10,5.
Turnir cədvəli: Meri Arabidze - 24, Nana Dzaqnidze - 23,5, Kübra Öztürk - 20, Gülnar Məmmədova - 19, Gövhər Beydullayeva - 18, Marsel Efroimski - 17, Xanım Balacayeva - 16,5, Günay Məmmədzadə - 14,5, Ülviyyə Fətəliyeva - 14, Yolanta Zavadska – 13,5.