“Shusha Chess”: Şəhriyar qələbə, Teymur heç-heçə ilə başladı
- 21 Sen 2022 22:14
- 498
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.
Rekord.az xəbər veirr ki, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub.
Qadınların yarışında isə Günay Məmməzadə rəqibinə uduzub, digləri isə görüşlərini heç-heçə ilə başa vurub.
Kişilər
Şəhriyar Məmmədyarov - Qədir Hüseynov - 1:0
Teymur Rəcəbov - Parham Maqsudlu (İran) - 0,5:0,5
Rüstəm Qasımcanov (Özbəkistan) - Rauf Məmmədov - 0,5:0,5
Vasif Durarbəyli - Hao Vanq (Çin) - 1:0
Mustafa Yılmaz (Türkiyə) - Santoş Qucrati Vidit (Hindistan) - 0:1
Qadınlar
Gövhər Beydullayeva - Xanım Balacayeva - 0,5:0,5
Nana Dzaqnidze (Gürcüstan) - Günay Məmməzadə - 1:0
Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova - 0,5:0,5
Marsel Efroimski (İsrail) - Yolanta Zavadska (Polşa) - 0,5:0,5
Kübra Öztürk Güvənli (Türkiyə) - Meri Arabidze (Gürcüstan) - 1:0
“Shusha Chess 2022"yə sentyabrın 24-də yekun vurulacaq.