AFFA-nın rəsmi saytı yanvarın 20-də bəyanat yayaraq bildirdi ki, Antalyada təlim-məşq toplanışında olan U-19 yığmamızın üzvləri - Elnur Hüseynov ("Neftçi") və Vüsal Şabanov ("Zaqatala") nizam-intizam qaydalarını pozduqlarına - siqaret çəkdiklərinə görə milli komandadan qovulub.

Rekord.az xəbər verir ki bununla bağlı hər iki qapıçının formasını geyindiyi klublara rəsmi məktub göndərilib.

 

Hadisənin necə baş verdiyini öyrənmək üçün "Neftçi"nin qapıçısı Elnur Hüseynovla əlaqə saxladıq. 17 yaşlı qapıçı sportinfo.az-a açıqlamasında baş verənləri təkzib etməsə də, ətraflı danışmaq istəmədi:

 

"Hər şey olduğu kimidir, düzdür. Amma bilin ki, inşallah, dönüşüm möhtəşəm olacaq".