Şirvanda Azərbaycan birinciliyi keçiriləcək
- 23 Fev 2024 17:14
- 270
Şirvanda voleybol üzrə 16 yaşadək (U-16) oğlanlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, fevralın 25-də start götürəcək yarış Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Birincilikdə ümumilikdə 10 komanda iştirak edəcək. Kollektivlər iki qrupa bölünəcək və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar baş tutacaq.
Fevralın 25-də, saat 10:30-da Azərbaycan birinciliyinin açılış mərasimi, ardınca isə yarışın ilk qarşılaşması keçiriləcək. Həmin gün daha üç oyun baş tutacaq.
A qrupu: “Murov Az Terminal-2”, “Tovuz”, “Hacıqabul”, “Sumqayıt”, “Oğuz”
B qrupu: “Murov Az Terminal-1”, “Gəncə”, “Azərreyl”, Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül" (Şuşa)
25 fevral
10:30. Azərbaycan birinciliyinin açılış mərasimi
11:30. “Murov Az Terminal-2” – “Hacıqabul”
13:00. “Murov Az Terminal-1” – “Azərreyl”
14:30. “Tovuz” – “Sumqayıt”
16:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”