Şirvanda daha bir idman tədbiri
- 22 İyl 2023 11:45
- 369
20 iyul 2023-cü il tarixdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şirvan şəhər 20 yanvar küçəsində yerləşən “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə salınan “Abad məhəllə”də “İdman hamı üçün” layihəsi çərçivəsində turnikdə dartınma və paralel qollarda jim yarışı keçirilib.
Rekord.az xəbər verir ki, ümumilikdə 30 nəfərə yaxın yeniyetmə və gənclərin iştirakı ilə keçirilən yarışda iştirakçılar öz güclərini sınayıb.
Layihədə iştirak edən iştirakçılara Şirvan – Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub. Yarışın keçirilməsində məqsəd , fiziki hazırlığın təbliği, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.