"İdmanla məşğul ol, sağlam yaşa" devizi altında 24 mart 2023-cü il tarixdə saat 15:00-da Şirvan Şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət parkında müxtəlif idman növlərindən ibarət nümunəvi çıxışlar və ustad dərsləri keçiriləcək.

Rekord.az xəbər verir ki, bundan başqa, tədbirdə qol güləşi, ağırlıqqaldırma, "turnikdə dartınma", "paralel qollar" və "jim" üzrə müxtəlif yarışmalar keçiriləcəkdir. Qaliblərə Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə təqdim olunucaq.


Şəhərin sakinləri, xüsusəndə yeniyetmə və gənclər tədbirə dəvət olunur.