Şirvan-Salyan Regional Gənclər və İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrin yay istirahətinin və asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə "Yay düşərgəsi" layihəsi keçirilib.

Rekord.az xəbər verir ki, düşərgə Şirvan şəhər ərazisində Kür çayı sahilində baş tutub.

İlk öncə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman idarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Hüseyn İsmayılov düşərgənin haqqında, şəhərimizin coğrafi mövqeyi, təbiəti, Kür çayı barədə məlumatlar verilib. Daha sonra Şirvan Gənclər Evinin psixoloq-təlimçisi Nicat Sarxanov tərəfindən “Yay tətilini necə səmərəli keçirməli” mövzusunda təlim keçirildi.

Sonda yeniyetmələr arasında musiqili-əyləncəli oyunlar, voleybol, kəndir dartma yarışları,xəritə və çadırların quraşdırılması oyunu keçirilib. Düşərgə iştirakçıları oyunlarda böyük maraqla iştirak ediblər.