Siyəzəndə “Badminton hamı üçün” kütləvi idman tədbiri
- 07 Apr 2023 14:45
- 329
Siyəzənm rayonu Bayraq Meydanında İnkişaf və Sülh naminə Beynəlxalq İdman günü münasibəti ilə “Badminton hamı üçün” kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir, "Sağlam həyat" günləri çərçivəsində açıq havada təşkil olunan əyləncəli idman tədbirində müxtəlif yaş qruplarında olan şəxslər iştirak edib.
Tədbirinin keçirilməsində əsas məqsəd badminton idman növünə uşaq, yeniyetmə və gənclərin marağının artırılması, idmanın kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.