Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat və dama hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbir şahmat və dama oyununa marağın artırılması, rayonda inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb. Tədbirdə Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və 20 nəfər gənc iştirak etmişdir.