Siyəzəndə “İdman hamı üçün” layihəsi
- 17 İyl 2023 14:30
- 294
Dünən Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks hamı üçün” kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd boks idman növünün təbliği, sağlam həyat tərzinin təşviq olunması, idmana marağın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.