Siyəzən şəhər stadionunun idman zalında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş cüdo idman növü üzrə 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən yarışda 30-dan çox yeniyetmə cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb.

Yarış yeniyetmələrin vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, cüdo idman növünün təbliği, perspektivli idmançıların aşkara çıxarılması, cüdo idman növünün inkişaf etdirilməsi, həmçinin yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb. Tədbirin açılış mərasimində əlamətdar günün əhəmiyyəti və yarışın məqsədləri haqqında iştirakçılara məlumat verilib.

Sonda təşkil olunan mükafatlandırma mərasimində müxtəlif çəki dərəcələrində yer tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla təltif ediliblər.