Siyəzən şəhər stadionunda “Narkomaniyaya yox deyək!” devizi altında kross üzrə 2007-2009-cu il təvəllüdü oğlanlar arasında kross üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ından irəli gələn vəzifələrin icrasının təmin olunması, narkomaniya və digər zərərli vərdişlər barədə yeniyetmə və gənclərin məlumatlılıq səviyyəsinin artırılması, bu sahədə təbliğat və maarifləndirmə işinin genişləndirilməsi, idman yarışları vastəsilə sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb.

Tədbirdə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nuran Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin məsul işçisi Aqil Abdulov və digərləri çıxış edərək yarışın məqsədləri haqqında məlumat veriblər.

30 nəfər yeniyetmə altetin iştirak etdiyi yarışın nəticəsinə əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Turan Məmmədov I, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Aqşin Quliyev II, şəhər 5 saylı tam orta məktəbin şagirdi Şaval Məlikov isə III yeri tutub. Yer tutan yeniyetmə idmançılar fəxri fərmanlarla təltif olunublar.