Siyəzəndə "Sağlam həyat" layihəsi çərçivəsində "Açıq qapı" günü
- 10 Dek 2023 15:00
- 356
Siyəzəndəki "Güvən Fitness" salonunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirilib.
Rekord.az xəbər verir ki, kütləvi idman tədbirinin keçirilməsində məqsəd gənclərin sağlam həyat tərzinə təşviq olunması, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkilidir.
“Açıq qapı” günü zamanı iştirakçılar fitness klubda mövcud olan şərait, buradakı idman qurğuları və məşq prosesi ilə yaxından tanış olublar.