Siyəzəndə sərbəst güləş üzrə kütləvi idman tədbiri keçirilib
- 09 Sen 2024 10:00
- 236
Siyəzən şəhər stadionunun idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün təbliğ olunması, sağlam həyat tərzinin təşviqi, idmanın kütləviliyinin artırılması, gənc nəslin fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, həmçinin asudə vaxtın faydalı təşkil olunmasıdır.
İdman tədbirində Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, sərbəst güləş idman növü üzrə məşqçi-müəllimlər Ağadədə Allahverdiyev, Şahanə Nəzərova, həmçinin yeniyetmə və gənclər iştirak ediblər.