Siyəzən şəhər stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə gənclər arasında atletika idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilik atletika idman növlərinin inkişaf etdirilməsi, gənclərin atletikaya marağının artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.

1200 metr məsafəyə təşkil olunan yarışda 32 nəfər gənc atlet iştirak edib.

Yarışın nəticəsinə əsasən Məlikov Şaval I, Əhədov Polad II, Quliyev Aqşin III yeri tutub.

Yer tutan gənclər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.