Slavik Alxasov: “Məqsədimiz Avroliqaya çıxmaqdı”
- 14 Yan 2020 20:40
- 949
“Keşlə”nin kapitanı Slavik Alxasov klubun rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, o, Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib və mövsümün ikinci yarısı barədə danışıb:
“Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk 3-lükdə qərarlaşmaq idi və bunu da bacardıq. Məqsədimiz Avroliqaya çıxmaqdır. Lakin artıq birinci dövrəni unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış transfer pəncərəsi zamanı rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir.
Yanvarın 5-də Bakıda toplaşdıq, əsasən fiziki məşqlərə üstünlük verdik və artıq iki gündür ki, məşqlərimizi Antalyada davam etdiririk. Komandamızın hər bir futbolçusu baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışır. İnanırıq ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik.
Əlbəttə, sevindirici haldır ki, qışda heyətdə köklü dəyişikliklər olmamadı. Yalnız 1 futbolçu - Şohruh Qadoyev transfer olundu və o da olduqca istəkli şəkildə komandaya qoşulub və “Keşlə” üçün əlindən gələni edəcək.
Ötən il bizim üçün çox uğursuz alındı, lakin biz həmin mövsümü unutmuşuq. Futbolçular, məşqçi heyəti və rəhbərlik bir ailə olaraq qoyulan məqsədə doğru inamla gedir".