Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. "Rekord.az" xəbər verir ki, komamda slovakiyalı voleybolçu Romana Hudekovanın transferini rəsmiləşdirib.

Slovak oyunçu "Azərreyl"ə hücumda kömək edəcək. O, ən azı bir il Bakı kollektivinin uğurları üçün çalışacaq.