ŞOK: "Agsu"da 300 minlik yeyinti: klub рrezidenti göndərildi ÖZƏL!
- 11 Dek 2019 11:00
- 1559
Son zamanlar adı ancaq qalmaqallarda hallanan oyun alqı-satqılarında şübhəli bilinən I Divizion təmsilçisi "Agsu"da daha bir biabırçılıq yaşanıb.
Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, bölgə klubunda aparılan araşdırmalar nəticəsində külli miqdarda yeyinti faktı aşkarlanıb.
Həmin məbləğin 300 min manat olduğu deyilir. Məhz bu yaşananlardan sonra "Ağsu"nun prezidenti Rəşad Kərimov postundan uzaqlaşdırılıb.