Soltanova mübarizəni erkən dayandırdı
- 06 Apr 2024 12:45
- 271
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.
Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.