İspaniya La Liqasının 19-cu turunda səfərdə "Espanyol"la 2:2 bərabərə qalan "Barselona" son 12 ilin ən zəif göstəricisini təkrarlayıb.

Rekord.az xəbər verir ki, Ernesto Valverdenin rəhbərlik etdiyi Kataloniya klubu 2007/2008-ci illər mövsümün ilk yarısını da 40 xalla başa vurmuşdu.

Bu, geridə qalan son 12 mövsümün ilk yarısında qeydə alınmış ən zəif göstəricisidir. "Barsa" "Real"la birgə ikinci dövrəyə lider yollanıb.