Son ölkə çempionu türkiyəli məşqçiyə tapşırıldı
- 25 Avq 2023 22:26
- 503
Voleybolçu qadınlardan ibarət "Azərreyl" klubunu yeni mövsümdə çalışdıracaq məşqçi bəlli olub. "Rekord.az" xəbər verir ki, avrokubokda çıxış edəcək son ölkə çempionu türkiyəli Çengiz Akarçeşmeyə tapşırılıb.
Təcrübəli mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Azərreyl" 2023/2024 illər mövsümdə Azərbaycan birinciliyi ilə yanaşı, CEV "Challenge Cup" turnirində də mübarizə aparacaq.