“Son oyunumuz çox ciddi rəqibə qarşı idi” - Qurban Qurbanov
- 03:04
- 42
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a (Yunanıstan) qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə üzgün olduqlarını bildirib:
“Son oyunumuz idi və çox ciddi rəqiblə qarşılaşırdıq. Bu komandanın bu il Avropa Liqasının qalibi olmağa iddialı olduğuna şübhə etmirəm. Çünki keçən il Konfrans Liqasını qazanıblar, bu il isə arzuları, istəkləri, hədəfləri çox böyükdür. Bu komandada sürət, dinamika var. Son oyunumuzda sonacan dözümlü olmağa, çox yaxşı oynayıb yüksək nəticə əldə etməyə çalışdıq”.
"Olimpiakos" - "Qarabağ" oyunu Yunanıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.