“Sona qədər döyüşəcəyik” - Samir Abasov
- 01 Dek 2024 21:49
- 88
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunun son matçında “Qarabağ”ı qəbul edib.
Rekord.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında 0:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abasov həddindən artıq istəkli olduqlarını bildirib:
“Oyunçuların potensialından danışmaq istəmirəm. Çünki işimizin hələ başlanğıcındayıq. Futbolçularımın potensialının bir oyunla, sırf bugünkü matçla necə olmasını demək istəmirəm. Komandam yaxşıya doğru gedir. Məğlubiyyət üzücüdür. Çünki atmosfer kifayət qədər yaxşıdır.
Bu gün əsas komandadır. Futbolçuların faydalı iş əmsalını bölmək istəmirəm. Oyunçular haqda tək-tək ümumiyyətlə, danışmaq istəmirəm.
Həddindən artıq istəkli idik. Ancaq son nöqtəni qoya bilmədik. Biz də əks-hücumlara çıxırdıq. İlk hissədən sonra da bunu komandama dedim ki, son nöqtələrdə daha dəqiq olmalıyıq.
Avrokuboklara getmək üçün kubokda da şansımız var. Amma bu o demək deyil ki, çempionatı elə-belə keçirəcəyik. Burada da sona qədər döyüşəcəyik.
“Neftçi” komandası özü həmişə ab-hava yaradır. İnanıram ki, bugünkü atmosfer “Sumqayıt”la səfər matçında da yaşanacaq.
Nə edirsən et, hazırkı oyunçulardan heyət formalaşdırmalıyıq. 22-23 futbolçunun arasından 11 oyunçu hazırlayıb meydana çıxaracağıq. Bu gün soyuqqanlı şəkildə bunu təhlil etməliyik. Kimisə, hansısa oyunçunu kəsib atmaq, komandadan uzaqlaşdırmaq kimi bir planımız yoxdur.
Bu hesabdan sonra əsla belə düşünmürəm. Mənim komandan bu gün tam başqa bir ab-havada meydana çıxmışdı. Biz bu gün “Qarabağ”la qarşılaşırdıq. Buna görə oyun qurmuşduq. Oyunçularımda inam yaranan vaxt buraxdığımız qol nə qədər desək də, onlara psixolji təsir göstərdi.
Hansı mövqelərə oyunçu transferini öz aramızda müzakirə edirik. Hansı tipdə futbolçular gətirəcəyimiz haqa danışıqlar aparırıq. Bunu nə dərəcədə bacaracağıq, artıq zaman göstərəcək”.