
“Sonadək Kurban Berdıyevə kömək etməyə hazıram” - Yunis Hüseynov
- 25 Apr 2025 22:00
- 35
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunun açılış matçında “Şamaxı”nı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra bölgə təmsilçisinin məşqçisi Yunis Hüseynovun mətbuat konfransı keçirilib. Hüseynov komandanın çıxışından elə də razı qalmadıqlarını bildirib:
“Bu gün qələbə qazanmaq istəyirdik. Fürsətlərdən istifadə edə bilmədik. Avrokuboklara yollanmaq üçün çox vacib üç xal qazanmaq istəyirdik. Alınmadı. Komandanın çıxışından elə də razı qalmadıq. Qol vurduq, amma qələbəni qoruya bilmədik. Çoxlu səhvlər buraxdıq.
Bölgə komandalarının Premyer Liqada çıxış etməsi sevindiricidir. “Karvan”ın da yüksək liqaya qalxması yaxşı haldır. Hər birinə uğurlar arzu edirəm.
“Turan Tovuz”da özümü xoşbəxt hiss edirəm və sona qədər də baş məşqçimiz Kurban Berdıyevə kömək etməyə hazıram. Arzu edirik ki, avrokuboklarda iştirak edək. Tovuzlu azarkeşlər də möhtəşəmdir. Klubun rəhbəri Ehtiram Quliyev də hərtərəfli dəstək olur. Bu yaxınlarda Kürdəxanıda növbəti akademiyanın açılışı oldu. İnanıram və ümid edirəm ki, avrokuboklarda iştirak edə biləcəyik.
Hazırda kubokun nəticəsi bizi maraqlandırmır. Qarşıda oyunlarımız var, üçüncü pillə uğrunda mübarizə aparırıq”.