Sonuncu gündə daha 2 medal
- 08 Dek 2019 17:20
- 1322
Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında təşkil olunan Avropa birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu yarış günündə daha iki taekvondoçumuz mükafatçılar sırasında yer alıb.
22 kq çəki dərəcəsində yarışa qatılan Elmira Bayrak (Sumqayıt Təhsil) və Süleyman Həsənov (26 kq, Gədəbəy GİK) bürünc medal qazanaraq öz çəki dərəcələrində Avropa üçüncüsü olub.
Xatırladaq ki, yarışın ilk günündə "Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) qızıl medala, Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, "Əmin" t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medala, Fərdi Quşxani (35 kq, "Ümid" t.k.) isə bürünc medala sahib olub.