Sopiç hakimlərdən narazı qalıb: “Yenə iki hücumçuyla oynaya bilərik”
- 07 Fev 2020 21:29
- 630
“Sabah”ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, xorvat mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Uzun müddətdi davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geri dönüş etməyi bacardıq. Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq. Son bir neçə oyun idi ki, qol vura bilmirdik. Ancaq artıq iki hücumçumuz var. Deviç və Rodriqes çox təcrübəlidi. Ancaq onlar hələ 100 faiz hazır deyil. Buna baxmayaraq, meydanda nə edəcəklərini bilirlər. Gələcəkdə iki hücumçuyla oynaya da bilərik, oynamaya da. Hansı yaxşı hazır olsa, o, tək oynaya bilər. Bir şeyi əlavə etmək istəyirəm. Heç vaxt mən hakim haqda danışmamışam. Ancaq dünən "Real" - "Real Sosyedad" matçına baxdım. Oyunda hakim 3 dəfə VAR-a baxdı. Buna rəğmən, 5 dəqiqə əlavə etdi. Ancaq bu gün hakim 7 dəqiqə əlavə etdi. "Qəbələ"nin də oyunçularını təbrik edirəm, meydanda bacardıqlarını etdilər, 100 faiz gücləriylə oynadılar”.