Sopiç: “Qarabağ”a qarşı açıq oynasaq, böyük hesabla məğlub olarıq”
- 29 Fev 2020 20:40
- 648
“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
- Hər iki komandanı təbrik etmək istəyirəm. "Qarabağ" çox yaxşı komandadı. Paltardəyişmə otağında da bildirmişdim ki, əlimizə bir neçə fürsət düşəcək. Bu fürsətlərdən istifadə edə bilmədik. Turnir cədvəlində ilk pillədə olan komandaya qarşı oyunda gərək yaxşı qapıçın olsun. Eyni zamanda, bəxt də lazımdı.
- Ruslan Abışovun vəziyyəti nə yerdədi?
- Ruslanın zədəsi mən komandaya gəlməmişdən əvvəl də vardı. Zədə Türkiyədəki təlim-məşq toplanışında yenidən özünü göstərdi. Buna görə onda psixoloji problemlər də yaranmışdı. Biz istəyirik ki, o, yavaş-yavaş komandaya qoşulsun. Təbii ki, Ruslan da bizim üçün vacib futbolçudu. Amma onun bir an öncə komandaya qayıtması 2 aylıq zədələnməsinə səbəb ola bilər.
- Nəticə yəqin ki, ürəyinizcədi. Bəs oyun?
- "Qarabağ"da Zubir, Romero kimi vacib futbolçular var. Bu futbolçulara qarşı açıq oynasaq, böyük hesabla məğlub olarıq. Bu gün futbolçular meydanda hər şeyi etdilər. Bizim şansımız gətirdi ki, Saşa Stamenkoviç kimi qapıçımız var. Hər məşqçi oyundan əvvəl bəzi məşqlər etdirir. Amma meydana gələndə təkcə mənim komandam üçün deyil, "Qarabağ" üçün də qaranlıq məqamlar olur.
- Sayılmayan qol epizodu haqqında nə deyə bilərsiz?
- Hakimlər, qollar, epizodlar barəsində danışmıram.
- Xəbəriniz var ki, o təmiz qol idi?
- Xəbərim yoxdu. Hakimlər haqqında danışmıram. Biz məqçiyik, onların səhvləri barədə danışa bilmərəm. Hakim “qoldu” deyirsə, qoldu. (komanda.az)