Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş medal əldə edib.

Rekord.az xəbər verir ki, yarışın ilk günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

Kişilər arasında -73 kq. çəki dərəcəsində Rüfət Şövlətov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Nəriman Mirzəyev 5-ci yerdə qərarlaşıb.